Mia.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Bu gün "Fənərbaxğa"nın prezidenti Sadettin Saran İstanbulda qanunsuz "mərc oyunları reklamı" ittihamı ilə İstanbuld hakim qarşısına çıxarılıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Sadettin Saran "S Sport" saytında yayımlanan futbol matçları zamanı qanunsuz mərc reklamı ittihamı üzrə itthamda özünü təqsirkar bilməyib.
Sadettin Saran deyib ki, indiyə qədər nə qazanıbsa, halal və qanuni yollarla əldəe dib. Bu yerdə hakim ona aylıq qazancı barədə sual verib.
Klub prezidenti sualı belə cavablandırıb: "Aylıq gəlirim 5 milyon TL-dir (Təxminın 200 min manat -Mia.az). Mən dövlət qulluqçusunun övladıyam, sahibi olduğum şirkəti isə 30 il ərzində öz əllərimlə qurmuşam. Biz qanunsuz mərc oyunlarını təşviq etmirik. İddian qəbul etmirəm".
Xatırladaq ki, İstanbulda qanunsuz mərc oyunlarının təşviqi ilə bağlı istintaq çərçivəsində Sadettin Sarana və bəzi şübhəlilərə qarşı 2024-cü ildə cinayət işi açılıb. Əgər iddia sübut olunarsa, o zaman onu 1 ildən 3 ilə qədər həbs cəzası və böyük məbləğdə pul cəriməsi gözləyir.
Fərid ASLAN
Mia.az