Qanunsuz miqrantlara qarşı genişmiqyaslı əməliyyat

18.11.2025

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ-nin Şimali Karolina ştatında son 48 saat ərzində 130-dan çox qanunsuz miqrant saxlanılıb. 

"Cebheinfo.az" xəbər verir ki, “ABC News”-un xəbərinə görə, Gömrük və Sərhəd Mühafizəsi (CBP) ilə Miqrasiya və Gömrük Mühafizəsi (ICE) əməkdaşları tərəfindən ştatın Şarlott şəhərində qanunsuz miqrantlara qarşı əməliyyat keçirilib. 

Əməliyyat çərçivəsində 130-dan çox qanunsuz miqrant saxlanılaraq müvəqqəti saxlanma mərkəzlərinə aparılıb. “ABC News”-a danışan və adı açıqlanmayan Daxili Təhlükəsizlik Nazirliyinin (DHS) nümayəndəsi saxlanılan şəxslərin “ölkənin miqrasiya qanunlarını pozduğunu” və “cinayət keçmişlərinin olduğunu” iddia edib. 

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp vəzifəyə başladığı gün imzaladığı prezident fərmanı ilə sələfi Co Bayden dövründə tətbiq edilən “müxtəliflik, bərabərlik və inklüzivlik” siyasətini ləğv edib. Daha sonra isə qanuni yollarla miqrasiya üçün istifadə olunan “CBP One” tətbiqinin də dayandırıldığını bildirmişdi. 

Tramp ölkəyə qanunsuz daxil olan “cinayətkar miqrantların” nəzarət altında saxlanılması üçün Quantanamo Körfəzində 30 min nəfərlik yeni bir kompleksin hazırlanması göstərişini vermişdi. ABŞ Müdafiə Naziri Pit Hegset isə bu kompleksin “miqrantlar üçün ideal bir məkan” olduğunu bildirmişdi. 

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью