Qanunsuz miqrantlara qarşı tədbirlər gücləndirilir

03.12.2024

Icma.az, News24 portalına istinadən məlumatı açıqlayır.

Skandinaviyada qanunsuz yaşayan miqrantlara qarşı tədbirlər gücləndirilir. 

News24.az xarici mətbuata istinadən xəbər verir ki aidiyyəti qurumlar vəziyyətin xoşagəlməz həddə çatdığından vəziyyətdən çıxış yolu axtarır. Qanunsuz şəkildə yaşayan miqrantların bir hissəsinin cinayət hadisələrində adlarının hallanması cəzaları sərtləşdirməyə və deportasiya məsələlərini gücləndirməyə məcbur edir. 

Hazırda Skandinaviya ölkələrində hər iki problemdən biri miqrantlarla bağlıdır. Hətta Miqrasiya Xidmətləri güzəştə getməməyi qarşıya hədəf qoyub. 

Eyni zamanda, region ölkələrində yüz minlərlə qanunsuz miqrantın yaşadığı bildirilir. Gələn ilin iyun ayına qədər bu sayın 2 dəfə azaldılması qarşıya hədəf qoyulub.

Ağa Dadaşzadə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью