Qanunsuz miqrantları daşıyan qayıq batıb Çox sayda ölənlər var

24.10.2025

Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Egey dənizinin Türkiyəyə aid hissəsində, Bodrum sahillərinə yaxın bölgədə qanunsuz miqrantları daşıyan qayığın batması nəticəsində ölənlərin sayı 17-ə çatıb.

Moderator.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Qeyd olunub ki, iki nəfər xilas edilib.

Axtarış-xilasetmə tədbirlərinə 77 nəfərlik şəxsi heyət cəlb olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью