Qanunsuz ov edən şəxslər saxlanılıblar

19.11.2024

Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ağcabədidə qanunsuz ov edən şəxslər saxlanılıblar. SİA-nın xəbərinə görə, Ağcabədi rayonunda polis əməkdaşları tərəfindən keçirilən tədbir zamanı İ.Quliyev və qardaşı R.Quliyev saxlanılıblar. Onlardan 2 ədəd ov tüfəngi və müvafiq icazələri olmadan qanunsuz olaraq ovladıqları çöl quşları aşkarlanıb.

Həmin şəxslər barəsində İnzibati Xətalar məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью