Qanunsuz ova cəhd edən şəxs saxlanılıb

07.02.2025

Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Şirvan Milli Parkının əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Qırmızıkənd ovçuluq təsərrüfatının ərazisində qanunsuz ova cəhd edən şəxs saxlanılıb. Bu barədə SİA-ya Bioloji Müxtəlifliyin Qorunması Xidməti məluat yayıb.

Qeyd olunub ki, araşdırma zamanı ova cəhd edən şəxsin Masallı rayonu Xırmandalı kənd sakini Elnur İsmayılov olduğu məlum olub və ondan ov tüfəngi götürülüb.

Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbir görülüb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью