Qanunsuz ovlanan nərə balıqları aşkarlandı Foto

20.11.2026

Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xəzər dənizinin Xaçmaz rayonu istiqamətində qanunsuz balıq ovuna qarşı tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, əməliyyat-axtarış tədbiri DİN-in Su Nəqliyyatında Polis İdarəsi, DSX-nin Sahil Mühafizə Xidməti və Balıqçılıq və Akvakultura Mərkəzinin əməkdaşlarının iştirakı ilə baş tutub.

Nabran qəsəbəsi istiqamətində saxlanılan “Yamaha” markalı motorlu qayıqda 1980-ci il təvəllüdlü Pərviz Xankişiyev və 1997-ci il təvəllüdlü Həsən İsayev saxlanılıblar.

Onlardan qanunsuz ovlanmış 29 ədəd nərəcinsli balıq aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.



Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью