Qanunsuz oynadı, FİFA tədbir görmədi

06.10.2026

Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Qanunsuz oynadı, FİFA tədbir görmədi

FİFA Konqo Demokratik Respublikası millisinin qapıçısı Lionel Mpasi-Nzonun DÇ-2026-nın seçmə mərhələsində oyunlarda qanunsuz iştirakına şərait yaradıb.

QOL.az xəbər verir ki, “The New York Times” nəşrinin məlumatına görə, Fransada doğulan qapıçı idman vətəndaşlığını dəyişmək üçün tələb olunan prosedurları tamamlamayıb və lazımi sənədlərə sahib olmayıb.

Məlumata görə, FİFA-nın hüquqşünasları bu vəziyyətdən xəbərdar olsalar da, heç bir sanksiya tətbiq etməyiblər. Halbuki belə hallarda komandaya texniki məğlubiyyət verilə bilər.

Nigeriyanın şikayətindən sonra məsələni araşdıran FİFA müraciəti prosessual səbəblərə görə rədd edib. Qurum qərarın müstəqil komitə tərəfindən qaydalara uyğun verildiyini, həmçinin Canni İnfantinonun müdaxilə etmədiyini bildirib.

Bizi İnstaqramda izləmək üçün kliklə!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью