Qanunsuz pul, saxta sənədlər... Ramin Deko və digərləri buna görə SAXLANILDI + FOTO | Icma…
Sfera.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır. Xəbər verdiyimiz kimi, jurnalist Ramin Deko tutulub.
Məlumata görə, vətəndaş Ramin Cəbrayılzadə ölkəyə qeyri-qanuni xarici valyuta gətirməsi ilə əlaqədar daxil olan məlumat əsasında polis tərəfindən saxlanılıb.
Eyni zamanda, “Meydan TV” ilə əməkdaşlıq edən Aynur Elgünəş, Natiq Cavadlı, Xəyalə Ağayeva, Aytac Tapdıq, Aysel Umudova da oxşar proseslə üz-üzə qalıblar.
Sözügedən şəxslərin vəkilləri qeyd ediblər ki, onların barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.
Adıçəkilən şəxslərin hər biri 48 saat müddətə şübhəli şəxs qismində tutulub və məhkəmə qarşısına çıxarılmaları gözlənilir.
Sfera.az bildirir ki, bu, qanunsuz valyuta daşınması və ya qeyri-qanuni maliyyələşmə ilə bağlı ilk belə hal deyil.
Bundan əvvəl, ötən il “Abzas Media”nın direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı, direktor müavini Məhəmməd Kekalov, jurnalistlər - Hafiz Babalı, Nərgiz Absalamova, Elnarə Qasımova və iqtisadçı Fərid Mehralızadə də oxşar hallar üzrə saxlanılıb.
Yeddi təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin yeddi maddəsi - 206.4 (qaçaqmalçılıq-mütəşəkkil dəstə tərəfindən törədildikdə), 192.3.2 (qanunsuz sahibkarlıq-mütəşəkkil dəstə tərəfindən törədildikdə), 193-1.3.1, 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pul vəsaitlərini leqallaşdırma-mütəşəkkil dəstə halında birləşməklə törədildikdə), 213.2.1 (vergidən yayınma-mütəşəkkil dəstə tərəfindən törədildikdə), 320.1, 320.2 (sənəd saxtalaşdırma və saxta sənədlərdən istifadə etmə) ilə yekun ittiham elan edilib.
Tam oxu
Xəbəri oxu