Qanunsuz qumar oyunlar təşkil edən 11 nəfər ölüm cəzasına məhkum edilib

30.09.2025

Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Çinin Vençjou Xalq Aralıq İnstansiya Məhkəməsi Kokkanqdan (Myanma) olan nüfuzlu Min ailəsinin üç üzvünü səkkiz nəfər ortaqları ilə birlikdə ölüm cəzasına məhkum edib. Avtosfer.az xəbər verir ki, bu barədə "Associated Press" məhkəmə instansiyasına istinadən məlumat yayıb. Onlar qanunsuz qumar oyunları təşkil edən cinayət sindikatında iştirakda ittiham olunurlar. Ailə 1,4 milyard dolları aşan dələduzluq əməliyyatları ilə məşğul olub, həmçinin ailə üzvləri "itaət etməyən işçiləri" öldürüblər. Məhkəmə, həmçinin daha beş nəfər təqsirləndirilən şəxsə iki il təxirə salınmaqla ölüm hökmü çıxarıb. Daha 12 nəfər beş ildən 24 ilədək həbs cəzası alıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью