Qanunsuz saxlanılan odlu silah sursatın aşkar olunaraq götürülməsi istiqamətində tədbirlər davam etdirilir

07.06.2025

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 7 iyun, AZƏRTAC

Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iyunun 6-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 3 tüfəng və 334 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью