Qanunsuz saxlanılan silah sursat götürüldü

18.11.2025

Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.

Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi sahəsində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Bu barədə Avtosfer.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Noyabrın 17-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 5 tüfəng, 2 patron darağı və 29 ədəd patron aşkar edərək götürüblər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью