Qanunsuz saxlanılan silah sursat götürüldü

26.05.2025

Icma.az, Unikal.az saytına istinadən bildirir.

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

"Unikal" xəbər verir ki, mayın 24-də və 25-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 1 tapança, 5 tüfəng, 2 patron darağı və 28 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью