Qanunsuz saxlanılan silah sursat götürülüb

21.02.2025

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. 

Fevralın 20-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 10 avtomat silahı, 5 tapança, 4 qumbara, 12 tüfəng, 7 patron darağı və 1565 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

P.ƏMİRCANOV
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью