Qanunsuz saxlanılan silahlar götürülüb

01.01.2025

Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dekabrın 31-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 5 avtomat silahı, 1 tapança, 14 tüfəng, 5 patron darağı və 70 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью