Qanunsuz silah gəzdirməkdə ittiham olunan şəxsə hökm oxundu

11.12.2024

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

Qanunsuz silah gəzdirməkdə təqsirləndirilən Rza Səfərsoyun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Bakıvaxtı.az Apa-ya istinadla xəbər verir ki, bu gün Xəzər Rayon Məhkəməsində hakim Hüseyn Hüseynlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən Rza Səfərsoy 2 il 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Dövlət ittihamçısı Rza Səfərsoyun 3 il müddətinə azadlıqdan məhrum olunmasını istəyib.

Qeyd edək ki, ona Cinayət Məcəlləsinin 228-ci maddəsi (Qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) ilə ittiham irəli sürülüb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью