Qanunsuz silah sursat aşkar olunaraq götürülüb

28.02.2025

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Məlumatı DİN mətbuat xidməti verib. 

Fevralın 27-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 6 avtomat silahı, 1 tapança, 17 tüfəng, 7 patron darağı və 124 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

P.ƏMİRCANOV

XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью