Qanunsuz silah sursat aşkarlanaraq götürülüb

22.01.2025

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Məlumçatı DİN mətbuat xidməti verib. 

Yanvarın 21-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 1 qumbara, 33 tüfəng, 3 patron darağı və 54 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

P.ƏMİRCANOV

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью