Qanunsuz silah sursat aşkarlandı

13.04.2026

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Aprelin 11-də və 12-də polis əməkdaşları paytaxt, respublikanın ayrı-ayrı rayonlarında və işğaldan azad olunan bölgələrdə 7 avtomat silahı, 1 pulemyot, 1 tapança, 2 qumbara, 3 alışdırıcı, 19 patron darağı və 526 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Məlkumata görə, Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью