Qanunsuz silah sursatla bağlı əməliyyat və profilaktik tədbirlər davam etdirilir

01.02.2025

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. 

Məlumatı DİN mətbuat xidməti verib. 

Yanvarın 31-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 6 avtomat silahı, 4 qumbara, 1 pulemyot, 5 alışdırıcı, 6 tüfəng, 6 patron darağı və 246 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

P.ƏMİRCANOV
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью