Qanunsuz tikililərin taleyi: Mövcud siyahı genişlənə bilər | Icma.az
Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Son dövrlərdə qanunsuz tikililərin leqallaşdırılması məsələsi cəmiyyətdə geniş müzakirə olunur.
Bu sahədə müəyyən hüquqi sənədlər mövcud olsa da, problemin tam həlli hələ də gündəmdə qalır”.
Bunu Daşınmaz əmlak və inşaat üzrə ekspert Elnur Azadov Demokrat.az-a açıqlamasında deyib.O əlavə edib ki, reallıqda bu proses daha kompleks və mərhələli yanaşma tələb edir:“Bəziləri düşünür ki, bu məsələ yalnız bir qanunun qəbulu ilə tam həll oluna bilər.
2005-ci ildə Prezident tərəfindən imzalanmış 294 saylı sərəncam bu istiqamətdə atılmış önəmli addım idi.
Həmin sərəncama əsasən, müəyyən kateqoriyalara aid daşınmaz əmlakların dövlət qeydiyyatına alınması və leqallaşdırılması mümkün oldu.
Sonrakı illərdə bu siyahı müəyyən qədər genişləndirildi, lakin bu, bütün qanunsuz tikililəri əhatə etmədi.
Hazırda gözlənilir ki, ya mövcud siyahı yenidən genişləndiriləcək, ya da bu sahədə yeni hüquqi mexanizmlər tətbiq olunacaq.
Tam oxu
Xəbəri oxu