Qanunu ciddiyə almayan sürücü ikinci cərgədə dayanıb yolu kəsdi 90 CO 500 VİDEO

06.02.2025

Avtosfer saytına istinadən Icma.az xəbər verir.

Bakıda dayanma-durma qaydasını pozan sürücü digər avtomobillərin hərəkətinə mane olub. Avtosfer.az xəbər verir ki, hadisə yanvarın 22-də, paytaxtın Abdulla Şaiq küçəsində qeydə alınıb. Belə ki, 90-CO-500 qeydiyyat nişanlı "Toyota" markalı avtomobilin sürücüsü yolun ikinci cərgəsində dayanıb. Bu səbəbdən yolayrıcından sağa dönən sürücülər maneə ilə üzləşiblər.

İkinci cərgədə dayanma-durma ilə bağlı cərimə məbləği artırılsa da, çox təəssüf ki, bəzi sürücülər hələ də bu qaydaya əməl etmirlər. Nəticədə digər hərəkət iştirakçıları təhlükə ilə üzləşir.

Fərid

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью