Qanunu pozan miqrantların ailələri deportasiya olunsunlar

01.08.2025

Icma.az, Bizimyol saytına istinadən bildirir.

Qanunu pozan miqrantlar məsuliyyətə cəlb edilməli, ailələri Rusiya Federasiyasından deportasiya edilməlidir.

Bizimyol.info xəbər verir ki, bunu "Ədalətli Rusiya - Həqiqət naminə" partiyasının sədri Sergey Mironov deyib.

“Bizim təklifimiz miqrantın bütün ailəsinin deportasiya edilməsi zərurəti ilə bağlıdır. Əgər ailə üzvü qanunu pozubsa, o, qanunun ən böyük həddi ilə cavab verməlidir, bütün ailə deportasiya edilməlidir”, - deyə deputat fraksiyanın payız sessiyası üçün planları və prioritetləri ilə bağlı mətbuatın sualını cavablandırarkən deyib.

Bundan əlavə, onun sözlərinə görə, Rusiyaya daxil olan əcnəbilərə məcburi biometrik nəzarət tətbiq etmək lazımdır. “Bu gün görürük ki, adam qanunu pozub, çıxıb gedib, orda soyadını dəyişib, yenidən daxil olur. Əgər biometrik nəzarət olarsa, o zaman bu baş verməyəcək”, - deyə Mironov bildirib.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью