Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakıda yol hərəkəti qaydalarını aşkar surətdə və qəsdən pozan, cəmiyyətə hörmətsizlik nümayiş etdirən, onu intizama dəvət edən vətəndaşlarla isə "öz qaydaları" ilə davranan sürücü barədə polis hərəkətə keçib.
Axar.az xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) bölmə rəisi, polis mayoru Toğrul Nəsirli Oxu.az-a açıqlamasında yayılan videogörüntü ilə bağlı araşdırma aparıldığını bildirib.
Araşdırma nəticəsində "Çanqan" markalı, 99 KQ 953 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü müəyyən edilib və barəsində inzibati qaydada qanunamüvafiq tədbir görülüb.