Qapalı məkanlarda siqaret çəkən 5 nəfər cərimələndi

05.03.2025

Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində yerləşən kafe, restoran və digər iaşə obyektlərində keçirilən tədbirlər zamanı qapalı məkanlarda siqaret çəkən, eləcə də tütün məmulatı tullantılarını ətrafa atan şəxslər müəyyən olunub. 

"Unikal" xəbər verir ki, qanunvericiliyin tələblərini pozan 5 nəfər barəsində İXM-nin 212.1-ci maddəsinə əsasən protokol tərtib olunub və onların hər biri inzibati qaydada məsuliyyətə cəlb edilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью