Idmanxeber.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan I Liqası XX turu çərçivəsində keçirilən “Difai” – “Karvan” matçı təyin edildiyi vaxtdan gec başlayıb.
İdmanxeber.az-ın məlumatına görə, buna səbəb qapı torlarının cırıq olması olub. Hakimlərin xəbərdarlığından sonra ev sahibi komandanın nümayəndələri problemi aradan qaldırıb. Nəticədə, görüş 5 dəqiqə gec başlayıb.
Xatırladaq ki, “Difai” – “Karvan” oyunu saat 16:00-da başlamalı idi.