Qapıçı iki sarı vərəqə aldı, meydandan qovulmadı FOTO

01.02.2025

Icma.az, Manset saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Premyer Liqasının XXI turu çərçivəsində baş tutmuş “Turan Tovuz” “Səbail” qarşılaşmasında (1:1) maraqlı anlar yaşanıb.

Manset.az xəbər verir ki, “Turan-Tovuz”un qapıçısı Sergey Samok “Səbail” ilə matçın 44-cü və 90+3-cü dəqiqələrində sarı vərəqə alıb.

Lakin baş hakim Tural Qurbanov Samoka qırmızı vərəqə göstərməyib və qolkiper matçın sonuna qədər meydanda qalıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью