Qapıçı möhtəşəm qol vurdu, lakin... Video

28.04.2026

Icma.az bildirir, Axar.az portalına istinadən.

Ukrayna çempionatında Ternopolun “Niva”sı ilə “Bukovina” arasında keçirilən oyunda maraqlı və bir qədər də kurioz epizod yaşanıb.

Axar.az Publika.az-a istinadən xəbər verir ki, Ternopol təmsilçisinin qapıçısı İlya Olhovoy inanılmaz zərbə ilə yadda qalıb, lakin bu qol kimi qeydə alınmayıb.

Qapıçı öz qapısından sərbəst zərbə yerinə yetirərkən topa güclü zərbə endirib. Top bütün meydanı keçərək rəqib qapıçının üzərindən aşıb və tora daxil olub. Epizod nə qədər baxımlı olsa da, hakim qolu hesaba almayıb.

Bunun səbəbi qaydalarla bağlıdır: sərbəst zərbədən sonra topun qol kimi qeydə alınması üçün ən azı bir başqa oyunçuya toxunması tələb olunur. Bu epizodda isə heç bir futbolçu topun trayektoriyasını dəyişmədiyi üçün qol etibarsız sayılıb və oyun davam etdirilib.

Qeyd edək ki, qarşılaşma “Bukovina”nın 1:0 hesablı minimal qələbəsi ilə başa çatıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью