Qapıçı zədələndi, xərəkdə aparıldı

17.10.2026

Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Qapıçı zədələndi, xərəkdə aparıldı

“Çelsi”nin qapıçısı Emiliano Martines İngiltərə Premyer Liqasının 7-ci turunda “Everton”la matçda zədələnib.

QOL.az xəbər verir ki, argentinalı qolkiper müdafiəçi Cered Brentueytlə toqquşduqdan sonra xərəkdə meydandan çıxarılıb. 2022-ci il dünya çempionu görüşün 75-ci dəqiqəsində Mayk Penderslə əvəzlənib.

Qeyd edək ki, Martines ötən yay “Çelsi”yə keçib. O, London klubunun heyətində bütün turnirlərdə 6 oyunda iştirak edib və bu matçların birində qapısını toxunulmaz saxlayıb.

Qapıçının klubla müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью