Qapıçını təhdid edib 3 qol vurdular

15.09.2026

Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Boliviya çempionatında keçirilən "Quabira" – "Olvays Redi" (0:6) matçında beynəlxalq futbol ictimaiyyətini sarsıdan hadisə yaşanıb.

“Yeni Sabah” xəbər verir ki, qonaq komandanın qapıçısı Manuel Ferrel ilk 35 dəqiqədə qapısından 3 qol buraxdıqdan sonra dərhal əvəzlənməsini tələb edib.

Oyundan sonra təşkil edilən mətbuat konfransında baş məşqçi Leonardo Egues şok faktları açıqlayıb. O bildirib ki, oyundan əvvəl naməlum şəxslər qapıçının həyat yoldaşını və anasını öldürməklə hədələyərək ondan pul və ya matçda ən azı 3 qol buraxmağı tələb ediblər. pizza

Gərginlik səbəbindən komandanın hücumçusu Viktor Abreqo da göz yaşları içində əvəzlənməsini istəyib.

Baş məşqçi Leonardo Egues hadisəyə sərt reaksiya verərək futbolun ləkələndiyini vurğulayıb:

"Futbolu çirkləndirdilər. Bu gün mənim qapıçımı, onun həyat yoldaşını və anasını öldürməklə hədələyiblər. Qapıçım bunu meydanda deyə bildi. Məsul şəxsləri tapın və cəzalandırın, bu qədər də olmaz!"

Məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılması tələb olunur.

Nazim Hacıyev


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью