Qapıçının dublu komandasını məğlubiyyətdən xilas etdi VİDEO

08.09.2026

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Niderland futbolunun əfsanələrindən sayılan Ronald Kumanın oğlu, “Telstar” klubunun qapıçısı Ronald Kuman diqqət mərkəzinə düşüb.

"Cebheinfo.az" xəbər verir ki, qolkiper “Kambur” klubu ilə oyunda 2 qol vuraraq komandasını məğlubiyyətdən xilas edib. 

“Telstar” 0:2 hesabı ilə geridə olarkən Kuman əvvəlcə 63-cü dəqiqədə penaltini dəqiq yerinə yetirib. 90+11-ci dəqiqədə isə 2-ci dəfə 11 metrlik nöqtəyə yaxınlşıb və rəqib qapısına yol tapıb. 

Nəticədə matç 2:2 hesabı ilə başa çatıb. 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью