Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Portuqaliyanın “Benfika” klubunun qapıçısı Anatoli Trubinin UEFA Çempionlar Liqasında vurduğu möhtəşəm qol Avropa mediasında geniş rezonans doğurub və UEFA tərəfindən günün qolu seçilib.
İdman.Biz xəbər verir ki, “Real Madrid”ə qarşı matçın son dəqiqələrində irəli çıxan Trubin başla dəqiq zərbə endirərək nadir hadisəyə imza atıb. Avropanın aparıcı nəşrləri bu epizodu “Çempionlar Liqasında bir ömürdə bir dəfə görüləcək an” kimi dəyərləndirib. Qapıçıların belə həlledici qollar vurması turnir tarixində çox az hallarda baş verib.
Eyni qarşılaşmada meydandan kənarda yaşanan başqa bir epizod da diqqətdən yayınmayıb. “Benfika”nın baş məşqçisi Joze Mourinyo həlledici qoldan sonra sevincini "bolboy"la (stadionda top daşıyan oğlan) birlikdə qeyd edib. Qolun vurulmasından dərhal sonra tribunalar tərəfə qaçan portuqaliyalı mütəxəssis yolunun üzərində ilk rastlaşdığı bolboyla qucaqlaşıb və onunla birlikdə azarkeşlər qarşısında sevinib.
Avropa mediası bu görüntünü Mourinyonun xarakterini və futbola olan emosional bağlılığını əks etdirən simvolik an kimi təqdim edib.