“Qapını bağlı saxlamağı məsləhət görürəm” Trampdan Makrona məsləhət

31.05.2025

Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

ABŞ Prezidenti Donald Tramp Fransa lideri Emmanuel Makronun həyat yoldaşının onun üzünə şillə vurmasına münasibət bildirib.

“Qafqazinfo” xəbər verir ki, Tramp bu haqda Ağ Evdə keçirdiyi mətbuat konfransında danışıb.

Eyni zamanda Amerika lideri Fransa lideri ilə telefonla danışdığını bildirib. O vurğulayıb ki, Makron cütlüyünün münasibəti hazırda qaydasındadır.

“Nə baş verdiyini bilmirəm, amma sizə qapını bağlı saxlamağı məsləhət görürəm”, - Ağ Evin rəhbəri bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью