Qapını döydülər, cavab gəlmədi Xilasedicilər çağırıldı Video

30.09.2026

Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Paytaxtın Nəsimi rayonu ərazisində beşmərtəbəli binanın üçüncü mərtəbəsindəki mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmış yeniyetmə xilasedicilərin köməyi ilə xilas edilib.

“Qafqazinfo”nun məlumatına görə, 2008-cü il təvəllüdlü K. Rüstəmov yaxınları onun yaşadığı mənzilin qapısını dəfələrlə döysələr də, cavab verən olmayıb. Əlacsız qalan yaxınları Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə müraciət etmək məcburiyyətində qalıblar. 

Dərhal hadisə yerinə cəlb olunan FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri alpinist ləvazimatlarından istifadə edərək beşmərtəbəli binanın üçüncü mərtəbəsindəki mənzilə pəncərədən daxil olublar. Xilasedicilər yeniyetməni yatmış vəziyyətdə aşkar ediblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью