Qapısı açıq olan evdən 29 min manatlıq qızıl oğurlamaqda şübhəli bilinir

25.01.2026

Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Yasamal rayonu ərazisində naməlum şəxs evlərdən birinin qapısının açıq olmasından istifadə edərək mənzilə daxil olub və ev sahibinə məxsus 900 manat, həmçinin 29 min manat dəyərində qızıl-zinət əşyaları oğurlayıb.

Bu barədə "Ölkə.az"a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər soyğunçuluqla əlaqəli cinayətə görə məhkum olunmuş 52 yaşlı M. Hüseynova müəyyən edilərək saxlanılıb.

Araşdırma zamanı onun oğurladığı qızıl-zinət əşyalarının bir hissəsini satdığı məlum olub.

Araşdırmalar davam etdirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью