Qapısı bağlanmayan sərnişin qatarı Hindistanı xatırlatdı VİDEO

18.09.2026

Icma.az bildirir, Bakupost portalına istinadən.


Azərbaycan Dəmir Yollarının (ADY) qatarında pik saatlarda ciddi sıxlıq yaşanıb.

“Bakupost” xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə vaqonların sərnişinlərlə dolu olduğu, bəzi şəxslərin isə qapı önündə sıxlıq yaratdığı əks olunub.

Kadrlardan görünür ki, vaqonlarda yer qalmamasına baxmayaraq, sərnişinlər qatara minməyə davam edirlər. Sıxlıq o həddə çatıb ki, qatarın qapısı belə tam bağlanmayıb.

Sərnişinlər xüsusilə pik saatlarda sıxlığın qarşısının alınması üçün qatarların hərəkət intervalının azaldılmasını istəyirlər.

Lalə, BakuPost



Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью