Qapısını “tilsimləyənlər” İdman və Biz

24.12.2024

Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Misli Premyer Liqasında ən çox quru oyun keçirən qapıçılar bəlli olub.

İdman.biz xəbər verir ki, mövsümün ilk yarısının ən yaxşısı Kristian Avram olub.

“Araz-Naxçıvan”ın moldovalı qapıçısı 11 matçda qapısını toxunulmaz saxlayıb. İkinci yerdə “Turan Tovuz”un qolkiperi İvan Konovalovdur. O, qapısını 9 dəfə “tilsimləyib”. İlk "üçlüy"ü “Zirə”nin əlcək sahibi Aydın Bayramov qapayır – 8 quru oyun.

1. Kristian Avram (“Araz-Naxçıvan”) - 11
2. İvan Konovalov (“Turan Tovuz”) - 9
3. Aydın Bayramov (“Zirə”) – 8
4. Rikardo Fernandes (“Şamaxı”) – 6
5-6. Mateuş Koxalski (“Qarabağ”) – 5
Mehdi Cənnətov (“Sumqayıt”) – 5

Vüqar Xeyrullayev
İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью