Qaqauziya muxtariyyətinin rəhbəri istefası ilə bağlı danışdı

21.05.2025

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Moldovanın Qaqauziya Muxtar Vilayətinin rəhbəri Yevgeniya Qutsul Muxtar Vilayət Xalq Məclisinin onun vəzifəsindən uzaqlaşdırılmasına razı olmayacağını deyib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə o, TASS-a müsahibəsində bildirib.

"Qaqauz muxtariyyətinin məcəlləsində bu (vilayət rəhbərinin istefası) nəzərdə tutulur, lakin mən demək istəyirəm ki, bu, Xalq Məclisinin təşəbbüsü ilə edilməlidir. Bildiyim və başa düşdüyüm qədər, ehtimal edirəm ki, məclis buna getməyəcək", - deyə Qutsul qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью