Qaqauziya rəhbərinin həbs müddəti uzadıla bilər

12.05.2025

Icma.az, Apa.az portalına istinadən məlumat verir.

Moldova Baş Prokurorluğu Qaqauziyanın başqanı Yevgeniya Qutsulun həbs müddətinin 30 gün müddətinə uzadılması tələbi ilə məhkəməyə müraciət edib.

APA xəbər verir ki, bu barədə TASS-a onun vəkili Nataliya Bayram məlumat verib.

Onun sözlərinə görə, müdafiə etdiyi şəxsin təcridxanada saxlanılma müddəti mayın 14-də başa çatır.

Qeyd edək ki, siyasətçi martın 25-də Kişineu havalimanında saxlanılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью