Qaqik Tsarukyan barəsində cinayət işi başlanıb

02.12.2025

Icma.az, Apa.az saytına istinadən bildirir.

Sabiq deputat və biznesmen Qaqik Tsarukyan barəsində ictimai cinayət işi başlanılıb.

APA xəbər verir ki, bu barədə Ermənistan Prokurorluğu məlumat yayıb.

Məlumata görə, Qaqik Tsarukyan barəsində Ermənistan Respublikası Cinayət Məcəlləsinin 507-ci maddəsinin 1-ci hissəsi üzrə (məhkəmə aktını icra etməmə) cinayət işi başlanıb.

Qaqik Tsarukyan Ermənistandan çıxışına qadağa qoyulub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью