Qaqik Tsarukyana qarşı cinayət işi başlanıb

09.06.2026

Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

İş adamı və “Çiçəklənən Ermənistan” Partiyasının sədri Qaqik Tsarukyan barəsində cinayət işi başlanıb.

“Armenpress” xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğundan məlumat verilib.

Tsarukyana qarşı xüsusilə külli miqdarda vergi ödəməkdən yayınma maddəsi ilə cinayət işi başlanıb.

Ermənistan Telegram kanallarının məlumatına görə, Qaqik Tsarukyan bu gün Zvartnots hava limanından ölkəni tərk etməyə cəhd edib, lakin hüquq-mühafizə orqanları ona icazə verməyib. /Apa

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью