Medicina saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Yaponiyada yağan güclü qar nəticəsində ən azı 16 nəfər ölüb.
Medicina.az xəbər verir ki, Niiqata (11) və Akita prefekturalarında (dörd) qeydə alınıb. Yamaqatada ən azı bir ölüm hadisəsi baş verib.
Bundan əlavə, təkcə bu üç prefekturada təxminən 120 nəfər zərər görüb.
Son günlərdə Yaponiyanın bir neçə prefekturasını, əsasən Niiqata, Hokkaydo, Akita, Yamaqata və Simaneni güclü qar vurub.
Xatırladaq ki, güclü qar səbəbindən 56 reys ləğv edilib və minlərlə insan Hokkaydonun Sapporo şəhərindəki Sin-Titose hava limanında gecələməyə məcbur olub.
Sinoptiklərin məlumatına görə, qar Yaponiyanın digər bölgələrində, o cümlədən Aomori, Niiqata, İsikava və Tottori prefekturalarında da ictimai nəqliyyatın hərəkətini iflic edib.
medicina.az