Qar ərimədi, belə həll yolu tapdılar Fotolar

31.01.2026

Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Nyu-Yorkda həftəsonu qeydə alınan tarixi qar fırtınasından sonra şəhər rəhbərliyi qalan qarın təmizlənməsi üçün qeyri-ənənəvi üsula müraciət edib.

“Qafqazinfo” xəbər verir ki, sıfırdan aşağı olan temperatur qarın təbii şəkildə əriməsinə imkan vermədiyi üçün nəhəng qar əritmə sistemləri işə salınıb.

Belə ki, yol kənarlarında və səkilərdə yığılan qar piyadalar və sürücülər üçün təhlükə yaratdığından şəhər növbəti mümkün fırtınadan əvvəl zamanla yarışır.

Şəhər administrasiyası saatda 60-120 tona qədər qar əridə bilən xüsusi maşınlardan istifadə edir. Danışıq dilində “qar vannaları” adlandırılan bu sistemlərdə yük maşınları ilə daşınan qar su ilə doldurulmuş qurğulara boşaldılaraq sürətlə əridilir.

Ərimə zamanı yaranan sıx buxar qurğulara cakuziyə bənzər görüntü versə də, sistemdəki suyun temperaturu cəmi 3 dərəcə səviyyəsində saxlanılır.

Ərimə prosesindən sonra su süzülərək yağış suları üçün nəzərdə tutulan drenaj kanallarına axıdılır. Məqsəd qar yığılmasının şəhər həyatını uzun müddət iflic etməsinin qarşısını almaqdır.

Əməliyyata 2500-dən çox işçi cəlb olunub və işlər fasiləsiz aparılır. Nyu-York Şəhər Təmizlik Xidmətlərinin rəsmisi Xavyer Lojan bildirib ki, əsas prioritet ictimai nəqliyyatın, xüsusilə avtobus marşrutlarının işlək vəziyyətdə saxlanılmasıdır.

Qeyd edək ki, Şimali Amerikanın digər şəhərlərində və hava limanlarında da tətbiq olunan bu sistemlər Nyu-Yorkda sonuncu dəfə 2021-ci ildə bu miqyasda istifadə edilmişdi.




Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью