525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ardıcıl bir neçə gündür yağan qar Hokkaydo adasındakı Sapporodakı San-Titose hava limanının fəaliyyətini iflic edib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu üzdən bütün reyslər ləğv edilib.
2 minə yaxın sərnişin şəhər nəqliyyatının da işində problemlər yaranması üzündən gecəni hava limanında keçirməli olublar. Liman əməkdaşları onları döşək və yatmaq üçün kisə ilə təmin ediblər.
Qeyd edək ki, San-Titosedə bu vəziyyət iki gündür ki, dəyişməz qalır.
L.Tağıyeva