Qar nə vaxt kəsəcək? AÇIQLAMA

11.02.2026

Icma.az bildirir, Turkstan.az portalına istinadən.

Azərbaycanda müşahidə olunan yağıntının fevralın 11-i axşam saatlarından etibarən tədricən kəsiləcəyi gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, fevralın 12-13-də isə havanın mülayimləşəcəyi, əksər rayonlarda əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır.

Məlumata görə, yaxın günlərdə temperaturun yüksəlməsi gözlənilir. Sinoptiklərin açıqlamasına əsasən, hava şəraitində sabitləşmə tendensiyası müşahidə olunacaq.

Qeyd edək ki, son günlər ölkənin bir sıra ərazilərində yağıntılı və qeyri-sabit hava şəraiti hökm sürür.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью