Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İtaliyanın şimalındakı Courmayeur qəsəbəsinə bağlı Val Veny ərazisində sərbəst xizək marşrutuna qar uçqunu düşməsi nəticəsində 2 nəfər həlak olub, 1 nəfər isə ağır yaralanıb.
"Cebheinfo.az" xəbər verir ki, Milano–Kortina Qış Olimpiya Oyunlarına ev sahibliyi edən İtaliyada milli mətbuatın yaydığı xəbərlərə görə, Mont Blanc dağının ətəyində yerləşən Val Veny bölgəsində uçqun altında qalan 3 xizəkçidən 2-si həyatını itirib.
Hadisədən sonra helikopterlərlə havadan xilasetmə əməliyyatı aparılıb. Qar altından çıxarılan və vəziyyəti ağır olan bir nəfər Turin şəhərindəki xəstəxanaya çatdırılıb.
Axşam saatlarında yayılan digər xəbərlərdə isə ölkənin şimalından keçən Alps dağlarında bu dəfə Madesimo bölgəsində daha bir qar uçqunu hadisəsinin baş verdiyi bildirilib.
Uçqun nəticəsində 4 nəfərin zərər çəkdiyi, onlardan 3-nün xilas edildiyi, itkin düşən 4-cü şəxsin isə axtarışlarının davam etdiyi qeyd olunub.
Qeyd edək ki, fevralın 5-i və 7-də də Alp dağlarının İtaliya ərazisində yerləşən müxtəlif nöqtələrində baş verən qar uçqunları nəticəsində azı 6 nəfər həyatını itirmişdi.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin