Icma.az, Idman.biz portalına istinadən məlumat verir.
Qar voleybolu üzrə ölkə kubokunun oyun proqramı müəyyən olub.
İdman.Biz bildirir ki, Azərbaycan Voleybol Federasiyasının təşkilatçılığı ilə 24–25 yanvar tarixlərində Şahdağ Turizm Mərkəzində təşkil olunacaq yarışda qadınlardan ibarət 5 komanda — “Gəncə”, “AZERRAIL”, “Milli”, “Milli-2” və “Qaraqaya”, kişilərdən ibarət 4 komanda — “Gənclər”, “Qaraqaya”, “Baku Fires” və “AZERRAIL” mübarizə aparacaq.
Reqlamentə əsasən qadınlar dairəvi, kişilər isə olimpiya sistem üzrə yarışacaqlar. Turnirin ilk günündə qadınlar arasında 7, kişilər arasında isə 2 oyun baş tutacaq. Yarışa yanvarın 25-də yekun vurulacaq. Oyunlardan sonra mükafatlandırma mərasimi olacaq.
Oyun proqramı
24 yanvar
Qadınlar
10:00. “AZERRAIL” – “Milli-2”
10:20. “Milli” – “Qaraqaya”
10:40. “Qaraqaya” – “Gəncə”
11:00. “Milli-2” – “Milli”
11:20. “Milli” – “AZERRAIL”
11:40. “Gəncə” – “Milli-2”
12:00. “Qaraqaya” – “AZERRAIL”
Kişilər
15:00. “Qaraqaya” – “Gənclər”
15:30. “AZERRAIL” – “Bakı Fires”