Qar yağacaq, bəzi çaylardan sel keçəcək

01.04.2025

Reyting.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


Azərbaycanın rayonlarında aprelin 2-si gündüz dağlıq ərazilərdən başlayaraq 4-ü gündüzədək hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, ayrı-ayrı yerlərdə yağıntıların intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə isə sulu qara keçəcəyi ehtimal olunur.
Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var.

Reyting.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью