Qar yağacaq, bəzi çaylardan sel keçəcək XƏBƏRDARLIQ

28.11.2024

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

Sabahdan Azərbaycanın ayrı-ayrı yerlərində hava şəraitinin leysan xarakterli olacağı, dağlıq rayonlarında qar yağacağı ehtimalı var.

Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, noyabrın 29-u günün birinci yarısında Quba-Qusar zonasında, noyabrın 30-da isə Lənkəran-Astara zonasının bəzi yerlərində havanın arabir yağıntılı olacağı gözlənilir.

Çaylarda sululuğun artacağı, xüsusilə də Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью