Qar yağacaq, bəzi çaylardan sel keçəcək XƏBƏRDARLIQ Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

26.11.2024

Azxeber.com portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanın rayonlarında hazırda müşahidə olunan yağıntılı hava şəraiti noyabrın 28-i axşamadək fasilələrlə davam edəcək.

AZXEBER.COM xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Qeyd edilib ki, yağıntıların ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından, xüsusilə də Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью